Bu ölkələr arasındakı dənizaltı kabel xarici təsir nəticəsində zədələnib

Bu ölkələr arasındakı dənizaltı kabel xarici təsir nəticəsində zədələnib
Dünya 217

Latviya və İsveç arasında sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "LSM" dövlət televiziya və radio portalı məlumat yayıb.

Qeyd olunub ki, mərkəzin məlumat ötürülməsinin monitorinq sistemi Ventspils-Gotland bölməsində fasilələri qeydə alıb.

"LVRTC"nin korporativ kommunikasiyalar departamentinin rəhbəri Vineta Spruqayn bildirib ki, hal-hazırda kabel əhəmiyyətli dərəcədə zədələnib və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünmək üçün əsaslar var.

"LVRTC" hadisə ilə bağlı Latviya Hərbi Dəniz Qüvvələrinə məlumat verib. Qeyd olunub ki, onlar da öz növbəsində insidentlə bağlı NATO müttəfiqləri, o cümlədən İsveçlə əlaqə saxlayıblar və daim məlumat mübadiləsi aparılıb.

Son xəbərlər