Bu ölkədə meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası tətbiq edilə bilər

Bu ölkədə meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası tətbiq edilə bilər
Dünya 8

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ölkədə son günlər baş verən və 12 nəfərin ölümü ilə nəticələnən meşə yanğınlarının ardından sərt qərar verib.

BAKU.WS xəbər verir ki, dövlət televiziyasının məlumatına görə, prezident meşə yanğınlarını qəsdən törədən şəxslərə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə göstəriş verib.

Təbbun bu tapşırığı son yanğınların vurduğu zərərin aradan qaldırılması və gələcəkdə belə hadisələrin qarşısının alınması məqsədilə keçirilən iclasda verib. O, Ədliyyə nazirinə sentyabrın 15-dək Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini təqdim etməyi tapşırıb.

Hazırlanacaq sənədlə meşə ərazilərini bilərəkdən yandıran şəxslər üçün mövcud cəzaların ağırlaşdırılması və ölüm hökmünün tətbiqinin mümkünləşdirilməsi planlaşdırılır.

Məlumata görə, ölüm hökmünün icrası yalnız qanunla nəzərdə tutulan bütün apellyasiya və məhkəmə prosedurları başa çatdıqdan sonra həyata keçirilə bilər.

Qeyd edək ki, Əlcəzair qanunvericiliyində ölüm cəzası hələ də mövcuddur. Lakin ölkədə bu cəza növü üzrə son icra 1993-cü ildə həyata keçirilib.

Hazırda meşə yanğınlarını törədən şəxslər üçün ən ağır cəza 30 ilədək həbsdir. Bəzi hallarda isə təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verilə bilər. Yeni qanun layihəsinin qəbul ediləcəyi təqdirdə bu cinayətlərə görə ölüm cəzasının tətbiqi mümkün olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər