Bu ölkədə 7,4 ballıq zəlzələdən sonra göy üzü çəhrayı rəngə boyandı
Kolumbiyadakı dəhşətli zəlzələdən bir həftə sonra qəribə hadisə baş verib.
BAKU.WS xəbər verir ki, göy üzü çəhrayı rəngə bürünüb.
Xüsusilə Qaleras (Galeras) vulkanı ətrafından paylaşılan bu görüntüləri sosial şəbəkə istifadəçiləri zəlzələ ilə əlaqələndirməyə çalışıblar.
Gün batımı saatlarında səmada yaşanan bu anomal hal yeni təkanların olacağı narahatlığını yaratsa da, mütəxəssislər bunun təbii atmosfer hadisəsi olduğunu bildiriblər.
Elmi baxımdan səmanın çəhrayı rəngə bürünməsini birbaşa zəlzələ ilə bağlamaq mümkün deyil.
ABŞ Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatına görə, gün doğarkən və batarkən Günəş işığı atmosferdə daha uzun məsafə qət edir. Bu zaman mavi və bənövşəyi işıq dalğaları daha çox dağılır, çəhrayı işıq isə gözümüzə daha intensiv çatır.
Xatırladaq ki, avqustun 10-da Kolombiyanın qərbini vuran 7,4 bal gücündəki zəlzələ ölkənin son illərdə qarşılaşdığı en ağır təbii fəlakətlərdən biri olub.
Zəlzələnin episentrinin Çoko bölgəsindəki San Xose del Palmar yaxınlığında olduğu açıqlansa da, Kali, Pereyra və Manizales kimi şəhərlərdə də ciddi dağıntılar qeydə alınıb.
"Reuters" xəbər agentliyi bu yeraltı təkanların Kolumbiyada son yüz ildən çox müddətdə baş verən ən güclü zəlzələ olduğunu bildirib.
Oxşar xəbərlər
Smartfon üçün ən gərəksiz aksesuarın adı açıqlandı
Smartfon kameraları üçün nəzərdə tutulan qoruyucu şüşə tamamilə faydasız aksesuar hesab edilib. BAKU.WS xəbər verir ki, bu barədə "BGR" nəşri məlumat yayıb. M...