Bu ölkədə 18 yaşdan aşağı şəxslər üçün cinsiyyət dəyişdirmə əməliyyatları qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina hökuməti 18 yaşdan aşağı şəxslər üçün cinsiyyət dəyişdirmə əməliyyatlarını və hormon terapiyalarını qadağan etmək barədə qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının sözçüsü Manuel Adorni açıqlama verib. O, hökumətin Cinsiyyət Kimliyi Qanununu dəyişdirməyə və 18 yaşdan aşağı şəxslərə hormon terapiyası və cinsiyyət dəyişdirmə əməliyyatlarını qadağan etməyə qərar verdiyini bildirib.
Adorni vurğulayıb ki, bu qərarın məqsədi uşaqların psixoloji və fiziki sağlamlığını qorumaqdır. Onun sözlərinə görə, bu cür müdaxilələr uşaqların inkişaf prosesini pozur və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
O, həmçinin Böyük Britaniya, İsveç, Finlandiya və ABŞ kimi ölkələrin də oxşar addımlardan geri çəkildiyini xatırladaraq, Arjantin hökumətinin də yetkinlik yaşına çatmayan şəxsləri qorumaq üçün bu addımı atdığını bildirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...