Bu ölkə 16 yaşdan kiçiklərə sosial şəbəkə qadağası tətbiq edir

Bu ölkə 16 yaşdan kiçiklərə sosial şəbəkə qadağası tətbiq edir
Dünya 54

Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə genişmiqyaslı qadağa tətbiq edən ilk ölkə olub. Qanun artıq 10 dekabr tarixindən qüvvəyə minir.

BAKU.WS xəbər verir ki, Meta şirkəti qanunun qüvvəyə minməsini gözləmədən yeniyetmələrin hesablarını silməyə başlayıb. Bloklama Instagram, Facebook və Threads platformalarındakı yüz minlərlə hesabı əhatə edəcək. TikTok, Snapchat və YouTube da tələbləri yerinə yetirəcəklərini təsdiqləyib.

Avstraliyanın eSafety qurumunun məlumatına görə, ölkədə 16 yaşa qədər yeniyetmələrin 96 faizinin sosial şəbəkə hesabı var. Yeni qaydalar həmin istifadəçilərə məlumatlarını saxlamağı və profillərini ya silməyi, ya da 16 yaşa çatana qədər dondurmağı təklif edir.

eSafety komissarı Culi İnman Qrant bildirib ki, əvvəllər bu yanaşmaya qarşı olub, lakin mərhələli tədbirlərin nəticə vermədiyini anlayıb:

"Sosial şəbəkələr elə mexanizmlərlə qurulub ki, onlarla bəzən böyüklər belə mübarizə aparmaqda çətinlik çəkir. Uşaqlar haqqında nə demək olar?" – deyə o qeyd edib.

Son xəbərlər