Bu əcnəbilərin Rusiyada nikaha daxil olması qadağan edildi
Fevralın 5-dən etibarən Rusiya qeydiyyat idarələrinin əməkdaşları adı nəzarət edilən şəxslər siyahısına daxil olan əcnəbilərlə nikahın qeydiyyata alınmasından imtina edə biləcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin reyestrdə olmasının yoxlanılması ilə bağlı müddəalar fevralın 5-dən qüvvəyə minir.
Ölkənin Ədliyyə Nazirliyinin əmrinə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq bu reyestrdə olub-olmamasını vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının əməkdaşları yoxlamalıdır.
Belə bir yoxlama nikah üçün ərizə alındıqdan sonra, həmçinin nikahın qeydiyyata alındığı gün aparılacaqdır. Ərizəçinin adı reyestrdə göstərilibsə, bu, imtina üçün əsas olacaq.
Bundan əlavə, fevralın 5-dən Rusiya Federasiyasında qalmaq üçün qanuni əsasları olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədən çıxarılacaqlar.
Oxşar xəbərlər
Dünyanın ən yaşlı prezidenti 8-ci dəfə seçildi
Mərkəzi Afrika ölkəsi Kamerunda keçirilən seçkilərdə 92 yaşlı Paul Biyanın yenidən prezident seçildiyi açıqlanıb. BAKU.WS xarici mediaya istinadən xəbər verir k...