Bryanskda qatar hərəkətdə olarkən körpü partladılıb: 7 ölü, onlarla yaralı

01
iyn
2025
10:41
Rusiyanın Bryansk vilayətində Klimov–Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarı keçərkən körpü partladılıb.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 69 nəfər isə yaralanıb.
Vilayət qubernatoru Aleksandr Boqomazın bildirdiyinə görə, partlayış qatarın keçidi zamanı baş verib və bu zaman qatarda 388 sərnişin olub. Partlayış nəticəsində körpü çöküb, qatar relsdən çıxıb.
İlkin ehtimallara görə, körpü dayaqlarının qəsdən partladılması faciəyə səbəb olub. Hazırda hadisə yerində xilasetmə işləri davam edir. İstintaq aparılır.
Oxşar xəbərlər
HƏMAS 10 israilli girovu azad edəcək
HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib. B...