Britaniyada oğrular qazinin nişanlısının üzüyünü oğurlayıb, daha sonra geri qaytardılar
Böyük Britaniyada qazi Darren Horsnelldən oğurlanan nişan üzüyü ona üzr məktubu ilə birlikdə geri qaytarılıb.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, o sosial şəbəkədə evindən mərhum nişanlısının tək xatirəski olan nişan üzüyünün oğurlandığı ilə bağlı paylaşım edib. Paylaşımda Darren başqa əşyaları deyil, sadəcə üzüyü geri qaytarmaları üçün oğrulara müraciət edib.
Bundan sonra üzük qazilərə yardım cəmiyyətlərindən birinə üzr qeydi ilə geri göndərilib. Qeyddə "Darren üzr istəyirik" sözləri yazılıb.
"Üzük oğurlananda ürəyim parçalandı, çünki nişanlım Treysinin vəfatından dörd ilə yaxın vaxt keçmişdi. Üzüyü geri aldığım zaman hiss etdiyim rahatlığı sözlərlə ifadə edə bilmərəm" - deyə o qeyd edib.
62 yaşlı Darren 1982-ci ildə Argentina ilə İngiltərə arasındakı müharibədən qazi qayıdıb.
Oxşar xəbərlər
Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...