Britaniya və Fransanın Ukraynanın hansı ərazilərinə ordu yerləşdirəcəyi məlum oldu

Böyük Britaniya və Fransa öz hərbi kontingentlərini Ukraynada döyüş bölgəsinə deyil, limanlar, şəhərlər, atom elektrik stansiyaları və digər strateji infrastruktur obyektlərində yerləşdirməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "The Economist" jurnalı mənbələrə istinadən yazıb.
Qərbin adının açıqlanmasını istəməyən rəsmi nümayəndələrindən biri nəşrə bildirib ki, Britaniya və Fransanın hərbi qüvvələri Ukraynanın şərqindəki döyüş bölgələrində deyil, milli infrastrukturun kritik obyektlərində yerləşdiriləcək.
Məqalədə vurğulanır ki, Britaniya hərbi kontingentinin Ukraynaya göndərilməsi NATO-nun hazırkı ehtiyat qüvvələrinə təsir edə bilər və bu, alyansın müdafiə planlarında böyük boşluqların yaranmasına səbəb ola bilər.
Xatırladaq ki, fevralın 24-də Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan etmişdi ki, London digər Avropa ölkələri ilə birlikdə Ukraynaya hərbi qüvvələr göndərməyə hazırdır.
Bununla yanaşı, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil. Onun sözlərinə görə, indiki mərhələdə Aİ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr aparmaq tezdir.
Oxşar xəbərlər
Məşhur teleaparıcı doğuşa saatlar qalmış xərçəng olduğunu öyrəndi
Məşhur amerikalı teleaparıcı Kat Timpf İnstaqramda süd vəzi xərçəngi ilə mübarizə apardığını elan edib. BAKU.WS xəbər verir ki, aparıcıya doğuşdan bir neçə saat...
