Braziliyada narkotik əməliyyatında 64 nəfər ölüb
Braziliyada narkotik dəstəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 64 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, Rio-de-Janeyro ştatında "Comando Vermelho" adlı cinayətkar qruplaşmaya qarşı ştat tarixində ən böyük əməliyyatlardan biri həyata keçirilib. Əməliyyata 2 min 500 polis və 32 zirehli texnika cəlb olunub.
Əməliyyat zamanı polis qüvvələri ilə dəstə üzvləri arasında silahlı qarşıdurma baş verib. Rəsmilərin məlumatına görə, atışma nəticəsində azı 60 nəfər ölüb, 80-dən çox şəxs saxlanılıb.
Hadisə zamanı 4 polis əməkdaşının da həyatını itirdiyi bildirilib.
Oxşar xəbərlər
İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib
Hörmüz boğazında yerləşən Qeşm adasının sahilləri yaxınlığında partlayış səsləri eşidilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın rəsmi IRN...