Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
31
may
2025
23:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Böyük Britaniya Ukraynaya öz nüvə silahını inkişaf etdirməyə kömək etməlidir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya ordusunun polkovniki Riçard Kemp Odessada Qara Dəniz Təhlükəsizliyi Forumunda deyib.
O, qeyd edib ki, bu ideya strateji tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilə bilər.
Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski dəfələrlə Ukrayna üçün nüvə silahının tədarükü və ya hazırlanmasına çağırıb. Bununla belə, Ukrayna hökuməti Kiyevin atom bombası hazırlamaq fikrində olmadığına aydınlıq gətirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...