Bosfor boğazı ilə nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb
16
okt
2024
11:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sıx duman səbəbindən Bosfor boğazı ilə nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Oktyabrın 16-da səhər saatlarında İstanbulun ondan çox rayonunu qatı duman bürüyüb. Şəhərdə nəqliyyatın hərəkətində çətinlik yaranıb. Hava şəraiti ilə əlaqədar olaraq şimal və cənub istiqamətlərində gəmilərin Bosfor boğazından keçməsi müvəqqəti olaraq qadağan edilib.
Bundan əlavə, boğazda fəaliyyət göstərən bərə reysləri də ləğv edilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...