Boris Conson Ukraynaya qeyri-hərbi kontingent göndərməyə çağırıb
Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson London və onun müttəfiqlərini qısa müddətdə Ukraynaya qeyri-döyüş hərbi kontingentlər göndərməyə çağırıb, onun fikrincə, belə bir addım Rusiyanın gələcək hərəkətlərinə təsir göstərə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bunu "Sunday with Laura Kuenssberg" proqramına müsahibəsində bildirib.
Consonun sözlərinə görə, əgər müttəfiqlərin mümkün atəşkəsdən sonra qoşun yeritmək planı artıq varsa, belə addımı sonraya saxlamağa heç bir səbəb yoxdur.
Hazırda Böyük Britaniya müharibənin başa çatması barədə razılıq əldə edilməsi şərti ilə tərəfdaşlarla sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün "İstəklilər Koalisiyası" formatı üzərində işləyir.
Conson həmçinin bildirib ki, qərb ölkələri Moskvanın aqressiv siyasətinin güclənməsinə və 2014-cü ildə Krımın ilhaqına vaxtında reaksiya versəydi, münaqişənin qarşısını almaq olardı.
Oxşar xəbərlər
Əraqçi Qətərin Baş nazirini İran-ABŞ danışıqları barədə məlumatlandırıb
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub. BAKU...