Bodrumda miqrant faciəsi: Batmış qayıqda 11 nəfər həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bodrum sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 21 nəfər isə xilas edilib.
BAKU.WS xəbər verir ki, hadisə səhər saatlarında Bodrumda qeydə alınıb. Məlumata görə, miqrantları daşıyan rezin qayıq hələlik müəyyən edilməyən səbəbdən batıb.
Hadisə yerinə çoxsaylı Sahil Mühafizə qüvvələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarına helikopter də qoşulub.
Xilasetmə qrupları 11 nəfərin meyitini sudan çıxarıb. Eyni zamanda 21 nəfər sağ şəkildə xilas edilib.
Qayıqda ümumilikdə neçə nəfərin olduğu hələ dəqiq məlum deyil. Bu istiqamətdə araşdırmalar davam edir.
Hazırda bölgədə axtarış-xilasetmə işləri həm dənizdən, həm də havadan davam etdirilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...