BMT missiyasının helikopteri Cənubi Sudanda atəşə tutulub, ölənlər var
BMT-nin sülhməramlı missiyasının helikopteri Cənubi Sudanın şimal-şərqində atəşə tutulub.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı Missiyası (UNMISS) məlumat verib.
"Nəticədə bir neçə nəfər həlak olub, yaralananlar da var", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, helikopter ölkənin şimal-şərqində yerləşən Yuxarı Nil ştatının Nasir bölgəsində təxliyə əməliyyatı həyata keçirirdi:
"Son həftələrdə Yuxarı Nil bölgəsində ordu ilə hazırkı vitse-prezident Riek Maçara yaxın silahlı dəstələr arasında münaqişənin kəskinləşməsi fonunda gərginlik artıb. Bu əməliyyat bütün tərəflərin xahişi ilə təşkil edilib. UNMISS hadisənin araşdırılmasını tələb edib və ölkə rəhbərliyini gərginliyin dialoq yolu ilə həlli üçün təcili müdaxilə etməyə çağırıb".
Oxşar xəbərlər
Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Kİ...