"Bloomberg": Rusiyanın ən varlı iş adamlarının sərvəti 11,572 milyard dollar artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin əvvəlindən etibarən Rusiyanın ən varlı sahibkarlarının sərvəti 11,572 milyard dollar artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg agentliyinin açıqladığı Bloomberg Milyarderlər İndeksində qeyd olunub.
İndeksə əsasən, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı Metalloinvestin səhmdarı Əlişir Usmanov ilin əvvəlindən 3,91 milyard dollar qazanaraq sərvətini 17,1 milyard dollara çatdırıb. Rusiya Federasiya Şurasının üzvü Süleyman Kərimov isə sərvətini 2,3 milyard dollar artıraraq 9,34 milyard dollara yüksəldib.
Bununla yanaşı, NLMK-nın Direktorlar Şurasının sədri Vladimir Lisin ən böyük itkiyə məruz qalıb. Onun sərvəti 2,38 milyard dollar azalaraq 23,4 milyard dollara düşüb.
Bloomberg agentliyi 2012-ci ilin mart ayından etibarən dünyanın ən varlı 500 insanının sərvəti barədə məlumatları əks etdirən Bloomberg Milyarderlər İndeksini yayımlayır.
Oxşar xəbərlər
Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur
Yaponiyanın paytaxtı Tokioda yaşayan gənc qadın qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, kirayə qaldığı mənzildə ruhun yaşadığını iddia edir və buna baxmayaraq...