Bəşər Əsədin qayınanası və qayınatası Moskvadaya QAÇDILAR - İDDİA

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin qayınanası və qayınatası Böyük Britaniyanı tərk edərək Moskvaya getmiş ola bilərlər.
BAKU.WS xəbər verir ki, bu barədə onların Londondakı qonşuları və dostları MailOnline-a məlumat veriblər.

Məlumatlara görə, tanınmış kardioloq Fevaz Əhras və təqaüdçü diplomat Seher Əhras qızları,Suriyanın keçmiş birinci xanımı Esma Əsəd, ailəsi ilə görüşmək üçün Rusiyaya gediblər. Qərbi Londonda Şimali Akton bölgəsində yerləşən evlərinin bir müddətdir boş olduğu bildirilir.

Esmanın ailəsi Londonda təvazökar bir evdə yaşayıb, lakin qızları daha sonra Suriyanın birinci xanımı kimi dəbdəbəli həyata sahib olub.
Aktondakı Suriya icmasının bir üzvü MailOnline-a bildirib ki, Fevaz Əhras təxminən on gün əvvəl xaricə gedəcəyini və həyat yoldaşının artıq ölkədən çıxdığını söyləyib. Digər qonşular isə Ahras cütlüyünün ailəsi ilə birlikdə olmaq üçün Rusiyaya uçduğunu ehtimal edirlər.

Kreml də Bəşər Əsəd, Esma və onların üç övladının Suriyadan qaçdıqdan sonra Vladimir Putinin birbaşa göstərişi ilə Rusiyada sığınacaq aldığını təsdiqləyib.

Oxşar xəbərlər
Tanınmış aktyor qəza keçirdi - Vəziyyəti ağırdır
Aktyor Berk Atan avtomobil qəzası keçirib. BAKU.WS xəbər verir ki, hadisə aktyor İstanbuldan Sivrihisara gedərkən yaşanıb. Qəza nəticəsində Berkin onurğa və q...