Bengünün keçmiş həyat yoldaşı evli olduğu halda qadınlarla sevgili imiş
Müğənni Bengünün bir neçə gün əvvəl boşandığı həyat yoldaşı Selim Selimoğlu ilə bağlı xoşagəlməz iddialar yayılıb.
BAKU.WS xəbər verir ki, "Söylemezem Olmaz" programına qonaq olan aparıcı-aktrisa Didem Delen, Selimin dəfərlərlə yeni sevgililəri ilə Bengüyə xəyanət etdiyini bildirib:
"Bengünün keçmiş əri Selim Selimoğlu ilə bağlı elə iddialar yayılıb ki... Bu eşqbazlıq deyil, kiçik münasibət yaşamaq, bir ya da iki dəfə kimləsə görüşmək deyil... Onun qadınlarla sevgili münasibəti var imiş. Bengü bunu öyrənəndə böyük davaları olub. Lakin o bu vaxta qədər uşaqları üçün susub. Ötən il Bengü Selimdən boşanmaq istəyib. Elə konsertində də "Ağla Kalbim" mahnısını oxuyarkən buna görə ağlayaıb. Lakin valideynləri onların münasibətlərini yoluna qoyublar".
Xatırladaq ki, Bengü ilə iş adamı olan Selim2018-ci ildə ailə qurub. Cütlüyün iki övladı var. Onlar bu il oktyabrın 30-da qarşılıqlı razılaşma yolu ilə boşanıblar.
Qalereya
Oxşar xəbərlər
Qərbdən Ukraynaya ayrılan hərbi yardım 100 milyard avronu keçib
ABŞ və Avropa ölkələrinin Ukraynaya ümumi hərbi yardımı artıq 100 milyard avronu keçib. "Report" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibi...