BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondura bilər

BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondura bilər
Dünya 77

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın hücumlarına cavab olaraq bu ölkəyə məxsus milyardlarla dollar dəyərində aktivləri dondura bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Məlumata görə, BƏƏ ərazisində qeydiyyatdan keçmiş, İranla əlaqəli olan şirkətlərin və xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı hesabların bloklanması məsələsini müzakirə edir.

Bundan əlavə, İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi valyuta mübadilə məntəqələrində genişmiqyaslı yoxlamaların aparılması da nəzərdən keçirilir. Bildirilir ki, bəzi İran şirkətləri məhz BƏƏ vasitəsilə qeyri-rəsmi maliyyə əməliyyatları həyata keçirirlər.

Qeyd olunur ki, belə bir qərar qəbul edilərsə, Tehranın xarici valyutaya və beynəlxalq ticarət şəbəkələrinə çıxışı ciddi şəkildə məhdudlaşa bilər. Nəşr vurğulayır ki, İran iqtisadiyyatı artıq yüksək inflyasiyadan əziyyət çəkir və hazırda hərbi qarşıdurma fonunda vəziyyət daha da ağırlaşıb.

Məlumata görə, 28 fevral tarixindən etibarən BƏƏ ərazisi İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumlarına məruz qalır. Bu hücumlar ABŞ və İsrailin İran ərazisinə endirdiyi birgə hərbi zərbələrə cavab kimi qiymətləndirilir.

Həmçinin bildirilib ki, 5 mart tarixində İran Əbu-Dabi beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ hərbçilərinin qərargahını da hədəfə alıb.

Son xəbərlər