BƏƏ 172 İran raketinin vurulduğunu, yanlız birinin ölkə ərazisinə düşdüyünü açıqladı

BƏƏ 172 İran raketinin vurulduğunu, yanlız birinin ölkə ərazisinə düşdüyünü açıqladı
Dünya 53

Fevralın 28-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan ölkəyə atılan 186 ballistik raketlə qarşılaşıb.

BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edilib ki, o ballistik raketlərdən 172-si məhv edilib, 13-ü dənizə düşüb, biri isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə düşüb.

Ölkənin Müdafiə Nazirliyi onu da açıqlayıb ki, ümumilikdə 541 İran pilotsuz təyyarəsi aşkar edilib, onlardan 506-sı ələ keçirilib və məhv edilib.

BƏƏ hakimiyyəti eyni zamanda vurğulayıb ki, İran Körfəzdə qisas əməliyyatına başlayandan bəri BƏƏ-də hamısı əcnəbi olmaqla üç nəfər həlak olub, 58 nəfər isə yaralanıb.

Son xəbərlər