Bayden "Milton" qasırğasına görə dəyən zərəri 50 milyard dollar qiymətləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Co Bayden Florida ştatını vuran Milton qasırğasının vurduğu ziyanın ilkin olaraq 50 milyard dollar qiymətləndirilir.
BAKU.WS Qazeta.ru-ya istunadən zəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda qeyd olunub.
Bayden qeyd edib ki, bu, son üç ayda Florida ştatını vuran üçüncü böyük qasırğadır.
Onun sözlərinə görə, bunlar ekspertlərin ilkin hesablamalarıdır və dəymiş ziyanın yekun məbləği 50 milyard dollardan çox və ya az ola bilər.
Xatırladaq ki, oktyabrın 9-da Milton qasırğası Florida ştatını vurub. Onun maksimal sürəti 160 km/saatdan çox olub. O, 125-ə yaxın evi dağıdıb və elektrik enerjisinin geniş kəsilməsinə səbəb olub, 2,6 milyondan çox insan işıqsız qalıb. Fəlakət ərəfəsində 5 milyondan çox insan təxliyə edilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...