Bayden məxfi sənədlərlə dolu yük maşınları ilə Ağ Evi tərk edəcək
ABŞ-nin hazırkı prezidenti Co Bayden sənədlərlə, o cümlədən məxfi materiallarla dolu yük maşınları ilə Ağ Evi tərk etməyə hazırlaşır.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
"Yük maşınları artıq Ağ Evdədir və Baydenin əməkdaşları sənədləri yükləyirlər, çünki o, gələn həftə buradan köçməyə hazırlaşır. Gedən administrasiya, Ağ Evdən hansı məxfi sənədlərin çıxarılacağını yoxlamaq üçün yeni və daha təhlükəsiz protokol vəd edib", - deyə agentlik bildirir.
Bildirilir ki, sonuncu dəfə Bayden əşyalarını yığıb vəzifəsindən ayrılarkən, özü ilə milli arxiv və sənədlər idarəsinə təhvil verilməli olan minlərlə sənəd, o cümlədən məxfi materiallar götürüb.
Yanvarın 13-də Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Baydenin zehni qabiliyyətlərində azalma yoxdur və o, dörd illik prezidentlik dövründə ölkəni uğurla idarə edib. O, qeyd edib ki, siyasətçi ani qərarlar tələb edən şəraitdə də yaxşı işləyib.
Oxşar xəbərlər
Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda
Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə edə bilməyib. BAKU.WS xəbər verir ki, səslərin 97,36 fa...