Batan "Titanik" gəmisi ilə bağlı YENİ DETALLAR ORTAYA ÇIXDI

1912-ci ildə batan "Titanik" gəmisinin qalıqları üzərindəki rəqəmsal araşdırmalar yekunlaşıb.
BAKU.WS xəbər verir ki, yeni bəzi detallar ortaya çıxıb.
Belə ki, nəhəng gəminin batmasının səbəblərdən biri gövdədəki A4 kağızı böyüklüyündə yırtıq olub.
Bundan başqa aparılan genişmiqyaslı araşdırmalardan sonra buzdağının kiçik parçalarının bəzi sərnişin kabinələrinə girdiyi ortaya çıxıb.
Mühəndislər son ana qədər işıqların açıq qalmasını təmin etməyə çalışıblar və onlar ölənə kimi öz vəzifələrini icra ediblər.
"Titanik" gəmisi ilə bağlı analizlər aparan Park Stivenson son açıqlamasında ""Titanik" gəmisinin qalıqları fəlakətin həyatda qalan son şahididir və o bizə hələ çox şeylər danışacaq" deyə qeyd edib.
Xatırladaq ki, "Titanik" 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşüb. Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi.
Aprelin 14-ü saat 23:40-da "Titanik" aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınlarında 10 nəfər həyatını itirdi
Türkiyənin Eskişehir şəhərinin Seyitgazi rayonunda baş verən meşə yanğını faciə ilə nəticələnib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı...