Barmağı qopan şəxs onu buzda saxlayaraq Türkiyəyə çatdırdı
Xaricdə baş verən qəza zamanı bir şəxsin barmağı qopub. İlkin tibbi yardımdan sonra yerli xəstəxanalarda barmağın tikilməsinin mümkün olmadığı bildirilib.
BAKU.WS xəbər verir ki, bununla razılaşmayan şəxs qopan barmaq hissəsini buz paketlərində soyuq şəraitdə saxlayaraq Türkiyəyə yola düşüb. Uzun məsafə qət edildikdən sonra Türkiyədə yerləşən tibb müəssisəsində aparılan müayinələr nəticəsində barmağın yenidən yerinə tikilə biləcəyi müəyyən olunub.
Hadisədən təxminən 14–15 saat sonra həyata keçirilən əməliyyat uğurla başa çatıb. Həkimlər bildiriblər ki, barmağın qan dövranı təmin edilib və gələcəkdə həm estetik, həm də funksional baxımdan normal istifadə olunacağı gözlənilir.
Mütəxəssislər bu cür hallarda zaman amilinin həlledici olduğunu vurğulayır və qopan bədən hissəsinin düzgün şəkildə saxlanılmasının əməliyyatın uğuruna ciddi təsir etdiyini qeyd edirlər.
Oxşar xəbərlər
Heyvanlara qarşı şiddətə görə bu ölkələrdə qanunlar daha sərtdir
Dünyanın bir sıra ölkələrində heyvanlara qarşı zorakılığa görə qanunvericilik son dərəcə sərtdir. Bu ölkələrdə heyvanlara zərər vurmaq ağır cinayət hesab olunur...