Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra bölgədəki dağıntıların miqyası üzə çıxıb.
BAKU.WS xəbər verir ki, zəlzələnin təsiri İstanbul da daxil olmaqla bütün Mərmərə bölgəsində hiss olunub.
AFAD-ın məlumatına görə, yeraltı təkanlar 5,9 kilometr dərinlikdə baş verib. Hadisə nəticəsində 504 müraciət daxil olub, 25 binanın zərər gördüyü açıqlanıb. Yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb.
Balıkesir Valiliyinin açıqlamasına əsasən, zəlzələ səbəbindən vilayət üzrə tədris bir günlüyünə dayandırılıb. Eyni zamanda, dövlət qurumlarında çalışan hamilə və əlillər inzibati məzuniyyətə buraxılıb. Manisanın Akhisar, Soma, Demirci, Kırkağaç və Gördes rayonlarında da məktəblər bir gün bağlı qalacaq.
Qalereya
Oxşar xəbərlər
Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur
Yaponiyanın paytaxtı Tokioda yaşayan gənc qadın qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, kirayə qaldığı mənzildə ruhun yaşadığını iddia edir və buna baxmayaraq...