Bakıdan Iğdıra enən AZAL təyyarəsinin sərnişinləri güllərlə qarşılandılar
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Bakı-Naxçıvan marşrutu üzrə hərəkət edən daha bir sərnişin təyyarəsi Iğdıra eniş edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Naxçıvan sakinləri Iğdır aeroportunda heyət tərəfindən gül-çiçəklə qarşılanıb.
Bildirilib ki, daha sonra Naxçıvan sakinləri avtobusla Azərbaycana yola salınıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında İran Naxçıvan Muxtar Respublikasında Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla bir sıra mülki obyektlərə PUA hücumu həyata keçirib.
Nəticədə Naxçıvan aeroportuna ziyan dəyib. Bakı-Naxçıvan-Bakı marşrutları Iğdır üzərindən həyata keçirilməyə başlayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...