Bakıda olan Özcan Deniz: "40 dərəcə temperaturla səhnəyə çıxdığım günlər yadımdadır"

Bakıda olan Özcan Deniz: 40 dərəcə temperaturla səhnəyə çıxdığım günlər yadımdadır
Foto
Dünya 199

"Səhnə çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır".

BAKU.WS xəbər verir ki, bunu məşhur müğənni Özcan Dəniz konsert proqramında söyləyib.

Bakıda olan Özcan Deniz:

O, səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

Bakıda olan Özcan Deniz:

"Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım".

Bakıda olan Özcan Deniz:

Konsert boyunca ən sevilən köhnə və yeni hit mahnıları səsləndirən müğənninin konserti anşlaqla keçib.

Müğənnini izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib. Sevənləri bütün ifaları müğənni ilə birlikdə əzbərə söyləyiblər.

Bakıda olan Özcan Deniz:

Konsert boyunca tamaşaçıları ilə səmimi dialoqlara girən müğənni müjdəni də verib. Belə ki, Özcan Dəniz 31 oktyabrda yenidən Bakıya gələcək.

Qeyd edək ki, möhtəşəm konserti təşkil edən Eyyub Hüseynzadənin təsis etdiyi "Anadolu Events" şirkətidir.

Bakıda olan Özcan Deniz:

Oxşar xəbərlər

Son xəbərlər