Bahalı kürkündən sonra lüks evi tənqid edildi - Məcbur qalıb şəkilləri sildi
05
dek
2024
11:08
Sosial şəbəkə paylaşımları ilə gündəm olan aktrisa Fahriye Evcen bu dəfə ənənəsinə sadiq qalıb.
BAKU.WS xəbər verir ki, o malikanəsinin qonaq otağı dəstini yeniləyib və fotolarını izləyiciləri ilə bölüşüb.
Bahalı kürkündən sonra aktrisa bu dəfə lüks evinin şəkillərini paylaşdığı üçün tənqidlərə məruz qalıb.
İzləyicilər onun bahalı mənzilini açıq-açıq nümayiş etdirməsinə qəzəblənib. İstifadəçilərdən biri "Məşhur olmasaydı "Gəlin evi" proqramına qatılardı" deyə ona sərt reaksiya verib.
Gələn tənqidi şərhlərdən sonra Evcen paylaşımı silmək məcburiyyətində qalıb.
Oxşar xəbərlər
Qustavo Petro: Kolumbiyadakı təyyarə qəzasında bir nəfər ölüb, 77 nəfər xilas edilib
Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğu təsdiqlənib. BAKU.WS report-a i...