Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, taxılın ümumi çəkisi 488 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Sonuncu dəfə martın 11-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 1 023 ton Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı yola salınıb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.
Qalereya
Oxşar xəbərlər
ABŞ Senatı Trampa İrana qarşı müharibəni davam etdirməyə icazə verib
ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni rədd edib. BAKU.WS "Politico"ya istinadən xəbər v...