Azərbaycan Aİ vətəndaşlarının İrandan təxliyəsinə dəstək verir
12
mar
2026
17:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avropa İttifaqı ölkələrinin vətəndaşlarının İrandan çıxmasına yardım göstərir.
BAKU.WS xəbər verir ki, bu barədə Aİ-nin sözçüsü Ənvər əl-Ənuni məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə ölkələrinə qayıtmasını asanlaşdırmaq üçün mühüm dəstək göstərir.
Sözçü qeyd edib ki, Aİ tərəfi göstərilən köməyə görə Azərbaycana minnətdarlığını ifadə edir: "Avropa vətəndaşlarının İrandan təhlükəsiz qayıdışını təmin etmək üçün göstərilən yardıma görə səmimi təşəkkürümüzü bildiririk".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...