"Axmat" xüsusi təyinatllarının komandiri: Kurskun bir hissəsi azad edilib
Rusiya Silahlı Qüvvələri Kursk vilayətində bir neçə yaşayış məntəqəsini azad edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlılarının komandiri, general-mayor Aptı Alaudinov bildirib.
"Mən bildiyimə görə, hərbçilər artıq bir neçə yaşayış məntəqəsini düşməndən geri alıblar" ,-deyə rusiyalı general əlavə edib.
Alaudinov əlavə edib ki, Kurskda gedən döyüşlərdə Ukrayna tərəfi çox ağır itki verib.
O həmçinin vurğulayıb ki, "Axmat" xüsusi təyinatlıları Ukrayna texnikasının bir neçəsini məhv edib.
Oxşar xəbərlər
Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum ed...