"Axios": ABŞ və İran Hörmüzün açılması müqabilində atəşkəs barədə danışıqlar aparır
Ehtimal olunur ki, ABŞ və İran Hörmüz boğazının açılması müqabilində atəşkəs barədə danışıqlar aparır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu iddia ilə üç ABŞ mənbəsinə istinadən "Axios" müxbiri Barak Ravid çıxış edib.
"Üç yüksək vəzifəli ABŞ rəsmisi mənə bildirdi ki, ABŞ və İran arasında Hörmüz boğazının açılması müqabilində atəşkəs barədə danışıqlar aparılır. Onların sözlərinə görə, razılaşmanın əldə olunub-olunmayacağı hələ ki aydın deyil", - o yazıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. BAKU.WS "Rep...