Avtobusda doğulan uşağa gedişhaqqı ömürlük pulsuz oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Xəstəxanaya getmək üçün mindiyi avtobusda övladını dünyaya gətirən türkiyəli Hanife Metenin körpəsinə ömürlük gedişhaqqı pulsuz olub.
BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Ekrem İmamoğlu öz sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, metrobusda doğulan körpəyə ömürlük pulsuz ictimai nəqliyyat hüququ verildiyini açıqlayıb.
İmamoğlunun paylaşımı belədir:
"Metrobusda doğulan körpə Yılmaz İstanbulkartla ömür boyu pulsuz ictimai nəqliyyatdan faydalanacaq. Mete ailəsinə körpələrini sağ-salamat böyütmələrini arzulayıram".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...