Avstriyada qadın alpinist zirvəyə 50 metr qalmış tərk edildi - donaraq öldü
Avstriyanın ən yüksək zirvəsi Grossqlokner dağında faciə baş verib. Partnyoru ilə dırmaşan 33 yaşlı qadın zirvəyə 50 metr qalmış gücdən düşüb. Onunla olan 36 yaşlı kişi isə qadını qar içində tək buraxaraq dağın digər istiqamətinə enməyə çalışıb.
BAKU,WS xəbər verir ki, hadisə zamanı cütlük yalnız zəif işıq siqnalı ilə yardım istəyə bilib. Lakin saatlarla xilasetmə gəlməyib. Gecə saatlarında kişi qadını qorumasız halda qoyub, hava isə getdikcə sərtləşib. Ertəsi səhər qadın donmuş vəziyyətdə tapılıb.
Prokurorluq kişi alpinistə qarşı "ağır ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürüb. İddialara görə, o:
– Yanlış istiqamət seçib
– Təhlükəli hava şəraitinə baxmayaraq dırmanmağı dayandırmayıb
– Qadını qoruyacaq avadanlıqdan istifadə etməyib
– Vaxtında yardım çağırmayıb
– Qorumasız şəkildə onu tək buraxıb
Şübhəli alpinist isə hadisəni "bədbəxt hadisə" kimi dəyərləndirir. Məhkəmə 2026-cı ilin fevralında Avstriyanın İnnsbruk şəhərində keçiriləcək.
Oxşar xəbərlər
İsrail prezidenti Səudiyyə Ərəbistanı ilə sülh sazişi bağlamaq arzusundadır
İsrail Prezidenti İsxak Hersoq Səudiyyə Ərəbistanı ilə sülh sazişini bağlamaq arzusunda olduğunu bəyan edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o bu bar...