Avstraliyanın şərqində sel fəlakəti – minlərlə insan təxliyə edilir

Avstraliyanın şərqində yerləşən Yeni Cənubi Uels (NSW) ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində minlərlə insanın evakuasiyası üçün təxliyə əmri verilib.
BAKU.WS xəbər verir ki, ABC News-un məlumatına görə, ştatın bir çox bölgəsində aramsız yağan yağışlar genişmiqyaslı daşqınlara səbəb olub, bu da əhalinin gündəlik həyatını ciddi şəkildə çətinləşdirib.
Avstraliya Meteorologiya Bürosu sahil bölgələrində təsirli olan yağışlı havanın şimal istiqamətində hərəkət etdiyini və yaxın günlərdə də davam edəcəyini bildirib.
Xüsusilə Hunter Valley və Mid North Coast bölgələrində minlərlə sakinə evlərini tərk etmələri tövsiyə olunub. NSW Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, Hunter bölgəsində gecə saatlarında bir çox ev boşaldılıb, Dungog və Patersonda isə yerli vaxtla saat 23:30-a qədər bəzi küçələr üçün rəsmi təxliyə əmri verilib.
Fövqəladə hallar xidməti bu günə qədər ştat üzrə 2000-dən çox yardım çağırışı aldığını, onlardan 1400-nə cavab verildiyini və 60 nəfərin təhlükəsiz şəkildə təxliyə edildiyini açıqlayıb.
Güclü yağış və daşqınlar səbəbilə 4000-dən artıq evin elektrik enerjisiz qaldığı bildirilir. Rəsmilər bir çox yolun nəqliyyata bağlandığını və infrastrukturun ziyan gördüyünü qeyd edib. Hazırda fasilələrin aradan qaldırılması və bərpa işləri ilə bağlı intensiv tədbirlər görülür.
NSW ştatının Baş naziri Kris Minns isə bölgəyə 1600 fövqəladə yardım işçisinin göndərildiyini və təhlükəsizlik məqsədilə 68 məktəbdə dərslərin dayandırıldığını açıqlayıb.
Oxşar xəbərlər
Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası yüz minlərlə miqrantın, o cümlədən ölkədə müvəqqəti yaşayan 200 mindən çox ukraynalının deportasiyasını nəzərdə t...
