Avropada benzinin qiyməti rekord həddə yüksəlib
Avropada qazın qiyməti kəskin artaraq son ayların ən yüksək səviyyəsinə çatıb.
BAKU.WS Londonun Intercontinental Exchange (ICE) birjasına istinadən xəbər ki, Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 500 dollar həddini keçib və 515 dollara yüksəlib.
Bu, yanvar ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Bildirilir ki, artım Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırmasından sonra baş verib.
ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlamasından sonra isə Niderlanddakı ən böyük Avropa qaz habı olan TTF indeksi üzrə qiymətlər sürətlə artıb. Ticarətin əvvəlində fyuçerslər təxminən 28 faiz bahalaşıb. Bu, 2023-cü ilin avqustundan bəri ən kəskin artım kimi qiymətləndirilir.
Oxşar xəbərlər
ABŞ və Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft tədarükünü müzakirə ediblər
ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləs...