Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır
Avropanın bir sıra ölkələri Rusiyaya qarşı mümkün təhlükələrə qarşı birgə hərbi dəniz qüvvələri formalaşdırmağı planlaşdırır.
BAKU.WS "The Guardian" nəşrinin məlumatına istinadən xəbər verir ki, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Qvin Cenkins bildirib ki, yeni birlik NATO-ya əlavə mexanizm kimi fəaliyyət göstərəcək.
Təşəbbüsə Böyük Britaniya ilə yanaşı Danimarka, Finlandiya, İslandiya, İsveç, Norveç, Baltikyanı ölkələr və Niderlandın qoşulacağı gözlənilir. Qüvvələrin əsas məqsədi birgə təlimlərin təşkili və hərbi hazırlığın gücləndirilməsi olacaq. İdarəetmənin Böyük Britaniyada yerləşəcək qərargahdan həyata keçirilməsi planlaşdırılır.
Məlumata görə, ABŞ bu ittifaqda iştirak etməyəcək, lakin Kanadanın qoşulması ehtimalı nəzərdən keçirilir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Avropa liderlərinin Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını əsassız adlandırıb. O bildirib ki, bu cür bəyanatlar daxili problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır və belə addımlar fonunda Moskva öz təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görə bilər.
Oxşar xəbərlər
İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon
ABŞ Müdafiə Nazirliyi İranla davam edən hərbi əməliyyatların ümumi xərclərinin təxminən 25 milyard dollara yüksəldiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, "Epik...