Avropa Komissiyası: Qrenlandiyanın statusunu yalnız onun sakinləri həll edə bilərlər
Avropa İttifaqı (Aİ) Venesuela və Qrenlandiya ətrafındakı vəziyyətin eyni olmadığı qənaətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
"Xatırladım ki, Qrenlandiya ABŞ-nin müttəfiqidir və eyni zamanda NATO-nun üzvüdür. Bu, böyük fərqdir. Buna görə də biz Qrenlandiyanı tam dəstəkləyir və Venesuelada baş verənlərlə müqayisəni qətiyyən mümkün hesab etmirik", - o deyib.
P.Pinyonun sözlərinə görə, Avropa İttifaqı Danimarkanın və Qrenlandiyanın ərazi bütövlüyünü dəstəkləyir, Qrenlandiyanın statusu məsələsini isə yalnız onun sakinləri həll edə bilərlər.
Oxşar xəbərlər
Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin 4 MÜMKÜN VARİANTI
Ağ Ev rəhbəri Donald Trampın administrasiyası Qrenlandiyanın Amerika Birləşmiş Ştatlarına birləşdirilməsi ilə bağlı dörd mümkün ssenarini nəzərdən keçirir. BAK...