Avropa İttifaqı Venesuelanın müvəqqəti prezidentinin legitimliyini tanımır
"Avropa İttifaqı Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun legitimliyini tanımadığı kimi, hazırda prezident səlahiyyətlərini icra edən Delsi Rodrigesin də legitimliyini qəbul etmir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) təmsilçisi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə deyib:
"Delsi Rodriges Venesuela prezidentinin səlahiyyətlərini icra edən şəxs kimi and içdi, lakin indiki Venesuela hakimiyyəti mandatlarını demokratik dəyişikliklərə cavab verməyən seçki əsasında əldə edib".
"Biz Rodrigeslə və Venesuela hakimiyyəti ilə məhdud əlaqə saxlayacağıq", - A.Hipper bildirib.
Oxşar xəbərlər
Maduro və həyat yoldaşının məhkəmə tarixi müəyyənləşdirildi
ABŞ məhkəməsi Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə məhkəmə iclasının tarixini müəyyən edib. BAKU.WS xəbər verir ki, ABŞ...