Avropa İttifaqı ölkələrində məcburi hərbi xidmət geri qayıdır

Avropa İttifaqı ölkələrində məcburi hərbi xidmət geri qayıdır
Dünya 47

Avropa İttifaqına üzv ölkələr, xüsusilə Rusiyadan qaynaqlanan təhlükəsizlik təhdidinə qarşı müdafiə hazırlıqlarını gücləndirir və məcburi və ya yarım-məcburi hərbi xidmətə qayıdış meyli nümayiş etdirir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki? Belçika gənclərə müraciət edərək könüllü şəkildə hərbi xidmətə qatılmaq istəyən 17 yaşlılara bir illik xidmət təklifi verib. Ayda təxminən 2 min avro məvacib nəzərdə tutulan bu proqram çərçivəsində ilk 500 könüllünün 2026-cı ilin sentyabrında təlimə başlaması planlaşdırılır.

Bu addım NATO və Avropa İttifaqının qarşı-tədbir mexanizmləri ilə uzlaşan strateji qərar kimi qiymətləndirilir.

Oxşar istiqamət Almaniya, Litva, Niderland və digər Avropa ölkələrində də müşahidə olunur. Bir çox ölkə hərbi xidmətə dönüş və ya ordudakı şəxsi heyətin sayını artırmaq istiqamətində siyasətlərini yenidən formalaşdırır.

Mütəxəssislər bildirir ki, bu meylin güclənməsinin əsas səbəbi 2022-ci ildə başlayan Ukrayna müharibəsi və ardınca Şərqi Avropada artan təhlükəsizlik narahatlıqlarıdır. Bu səbəbdən Avropa ölkələri hərbi potensialını artırmaq və gəncləri müdafiə sisteminə daha aktiv şəkildə cəlb etmək istiqamətində addımlar atır.

Bu təşəbbüs bir sıra cəmiyyətlərdə müzakirələr doğurub. Gənclərin uzunmüddətli hərbi xidmətə cəlb edilməsinə qarşı ictimai müqavimət olduğu bildirilir.

Könüllülük ənənəsi güclü olan ölkələrdə məcburi xidmətə keçid isə çətin proses kimi qiymətləndirilir.

Bəzi ölkələrdə, həmçinin, qadınların da hərbi xidmətə cəlb olunması istiqamətində planların hazırlandığı qeyd edilir.

Son xəbərlər