Avropa İran məsələsində ABŞ-ni niyə dəstəkləmir? - Savaşın gedişatında dilemma
"Bu, Avropanın müharibəsi deyil. Regiondakı vəziyyətlə bağlı Qırmızı dənizdə "Aspides" əməliyyatımız var. Bu mandatın Hörmüz boğazını əhatə etməsi, Maskat xəttindən şimala uzanması ilə bağlı müzakirələr aparıldı. Üzv dövlətlər buna maraq göstərmədi. Heç kim bu müharibədə fəal iştirak etmək istəmir. Çünki hər kəs nəticənin necə olacağından narahatdır".
BAKU.WS Baku TV-yə istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Söhbət Avropa İttifaqı Hərbi Dəniz Qüvvələri "EUNAVFOR Aspides Əməliyyatı"ndan gedir. Bu, Aİ-nin Qırmızı dənizdə beynəlxalq gəmiçiliklə bağlı husilərin hücumlarına qarşı hərbi əməliyyatıdır.
Oxşar əməliyyatlar Rusiyanın Ukrayna liman və gəmilərinə hücumlarının qarşısını almaq məqsədilə Qara dənizdə "Taxıl dəhlizi"nin təhlükəsizliyi ilə bağlı da aparılır. Yəni Avropanın bu işdə təcrübəsi var.
Lakin indi Avropa İttifaqı və ya bəzi Avropa ölkələri bu təcrübəsini Hörmüz boğazı üçün istifadə etmək istəmir. Maraqlıdır, niyə? ABŞ-nin müttəfiqləri deyillər?
Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.
Oxşar xəbərlər
ABŞ-nin "B-1" bombardmançı təyyarələri yenidən İrana göndərilib
ABŞ Hərbi Hava Qüvvələrinin bir qrup "B-1B Lancer" strateji bombardmançı təyyarəsi İranın hava məkanında döyüş tapşırıqlarını yerinə yetirmək üçün Böyük Britani...