Atasını döyən reper 1 il 6 ay həbs edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl saxlanılan türkiyəli reper "Sansar Salvo" ləqəbli Ekincan Arslanın həbsi istənilir.
BAKU.WS xəbər verir ki, atasını döydüyü üçün saxlanılan "Sansar Salvo" "Qəsdən adam yaralama" maddəsi ilə ittiham edilir. Onun keçirilən məhkəmədə 6 aydan 1 il 6 aya qədər həbsi tələb edilib.
Reper atası ilə aralarında yarana münaqişə zamanı onun sinəsinə yumruqla vuraraq yaralayıb.
"Sansar Salvo"nun növbəti məhkəməsi mayın 7-də baş tutacaq.
Xatırladaq ki, bu ilin martında narkotik vasitəyə təşviq səbəbiylə həbs olunub daha sonra sərbəst buraxılan Arslan bu dəfə atasını döydüyü görüntüləri sosial şəbəkədə paylaşdığı üçün polis tərəfindən saxlanılıb.
Görüntülər sosial şəbəkələrdə böyük etiraz doğurub və reper tutulub.
Ekincan Arslan türk rep musiqisinin tanınmış simalarındandır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...