Astana yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğradı – 2 nəfər öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın paytaxtı Astana yaxınlığında TL-2000 tipli yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.
İlkin məlumatlara əsasən, təyyarədə iki ekipaj üzvü olub və hər ikisi hadisə nəticəsində həyatını itirib. Nazirlik bildirir ki, hava gəmisinin şəxsi mülkiyyətçiyə məxsus olduğu müəyyən edilib.
Qəzanın səbəblərini araşdırmaq məqsədilə xüsusi təhqiqat komissiyası yaradılıb. Nəqliyyatda Hadisələrin Araşdırılması İdarəsinin əməkdaşları artıq hadisə yerində araşdırmalara başlayıblar.
Oxşar xəbərlər
Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur
Yaponiyanın paytaxtı Tokioda yaşayan gənc qadın qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, kirayə qaldığı mənzildə ruhun yaşadığını iddia edir və buna baxmayaraq...