Arvadını öldürən şəxs İrana qaçarkən saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Manisa şəhərində qadın qətl hadisəsi baş verib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, 43 yaşlı Rukiye Yanarın yaxınları onun yoxa çıxması ilə bağlı polisə müraciət edib. Şübhə qadının həyat yoldaşı Adem Yanara yönəlib.
Polis araşdırma aparıb və şübhəlinin İrana qaçmağa çalışdığını müəyyən edib. O, Ağrının Doğubayazıt rayonunda sərhəddə saxlanılıb.
Adem Yanar ilkin ifadəsində arvadını tapança ilə öldürdüyünü etiraf edib. O, cəsədi Turgutlu rayonunda bir tarlaya atdığını bildirib. Polis həmin ərazidə axtarış aparıb və Rukiye Yanarın meyitini kələm tarlasında tapıb.
Cəsəd ekspertiza üçün İzmirə göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...