"Artemis II" missiyasında kosmik tualet problemi yaranıb

Artemis II missiyasında kosmik tualet problemi yaranıb
Dünya 28

Artemis II çərçivəsində həyata keçirilən uçuş zamanı kosmik gəmidə sanitar sistemlə bağlı texniki nasazlıqlar qeydə alınıb.

BAKU.WS xəbər verir ki, NASA tərəfindən hazırlanmış tullantı idarəetmə sistemində nasazlıq yaranıb. Sistemə daxil olan maye tullantıların donması və ventilyatorun sıradan çıxması nəticəsində ekipaj müvəqqəti olaraq ehtiyat həllərə keçmək məcburiyyətində qalıb.

Hadisə kosmosda çəkisizlik şəraitində sanitar sistemlərin nə qədər həssas olduğunu bir daha ortaya qoyub. Problemlər qısa müddət ərzində Yer üzündəki mühəndislərin dəstəyi ilə aradan qaldırılıb.

Qeyd olunur ki, bu tip texniki nasazlıqlar uzunmüddətli kosmik missiyalarda həyati əhəmiyyət daşıyan sistemlərin etibarlılığını ön plana çıxarır.

Son xəbərlər