Apple istifadəçilərinin NƏZƏRİNƏ! - Bu cihazların servis xidməti olmayacaq

Apple istifadəçilərinin NƏZƏRİNƏ! - Bu cihazların servis xidməti olmayacaq
Dünya 139

"Apple" korporasiyası "iPod nano" və "iPod shuffle" modellərinin son buraxılışlarını köhnəlmiş elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə "MacRumors" nəşri yazıb.

Belə ki, əfsanəvi pleyerlərin köhnəlmiş sayılması bir dövrün sonu kimi qiymətləndirilib.

Qeyd edək ki, yeddinci nəsil "iPod nano" və dördüncü nəsil "iPod shuffle" modellərinin sonuncu versiyaları 2015-ci ildə buraxılıb. "Apple" şirkəti 2017-ci ildə bu cihazların istehsalını tamamilə dayandırıb.

Ekransız musiqi fayllarını oxumaq üçün nəzərdə tutulmuş "iPod shuffle" və kiçik rəngli displeyə malik "iPod nano"uzunluğu 76,5 mm və çəkisi 31 qram olan kiçik ölçülü cihazlardır.

Məlumat üçün bildirək ki, "Apple" şirkəti satışa çıxarıldığı tarixdən yeddi il sonra cihazları "köhnəlmiş məhsullar siyahısı"na salır. Bu halda, şirkətin servis mərkəzləri cihazın xidmətini dayandırmaq hüququna malikdir.

Pleyerlərdən əlavə, Amerika texnologiya nəhəngi "iPhone 6" smartfonunu da bu siyahıya daxil edib. Siyahıda həmçinin 2017-ci ildə buraxılmış 12 düymlük "MacBook" və altıncı nəsil "iPad" da var.

"Apple" şirkəti sentyabrın sonunda "12 Mac" kompüterini də köhnəlmiş elan etmişdi. Ən köhnə cihazlar 2015-ci ilin əvvəlində buraxılmış "MacBook Air", habelə həmin ilin sonunda çıxan "üç iMac" və "bir MacBook Pro" olub.

Son xəbərlər