Analitiklər Zelenskinin Belarusla bağlı ultimatumunun məqsədini açıqlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa ünvanladığı son ultimatumun arxasında dayanan məqsədlə bağlı yeni iddialar səsləndirilib.
BAKU.WS xəbər verir ki, hərbi analitiklər hesab edirlər ki, Kiyev Belarus istiqamətində gərginliyi artırmaqla Rusiyanı əlavə qüvvələri şimal sərhədlərinə yönəltməyə məcbur etmək istəyir.
Qeyd olunur ki, Zelenski iyunun 19-da Minskə bir həftə vaxt verərək Ukrayna sərhədi yaxınlığında yerləşdirilmiş radiotexniki kəşfiyyat vasitələrinin geri çəkilməsini tələb edib. Belarus tərəfi isə hələlik bu bəyanata rəsmi münasibət bildirməyib.
Analitiklərin fikrincə, Ukrayna rəhbərliyi mümkün eskalasiya fonunda Rusiyanın cəbhənin digər istiqamətlərindən, xüsusilə Donbas bölgəsindən müəyyən qüvvələri çıxarmağa məcbur olacağını hesablayır. Bu isə Rusiya ordusunun hücum əməliyyatlarının tempinə təsir göstərə bilər.
Ekspertlər vurğulayırlar ki, hazırda bu qiymətləndirmələr yalnız ehtimallara əsaslanır və hadisələrin sonrakı inkişafı tərəflərin atacağı addımlardan asılı olacaq.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...