Amerikalı alimlər yeni koronavirusu gələcəyin fəlakəti adlandırdı

Amerikalı alimlər yeni koronavirusu gələcəyin fəlakəti adlandırdı
Dünya 138

Amerikalı alimlər HKU5-CoV-2 adlı yeni koronavirus aşkar ediblər. Mütəxəssislərin fikrincə, onun bütün dünyaya yayılmağına bir addım qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Nature Communications" elmi nəşrində məlumat verilib.

Tədqiqatçılar virusun MERS-CoV ilə oxşarlığından narahat olduqlarını bildiriblər. Yoluxanların 34 faizində ölüm halı baş verir.

Müəyyən mutasiya ilə virus insan hüceyrələrinə nüfuz edə bilir.

İndiyə qədər yalnız yarasalar arasında yayılıb.

Elm adamları əlavə olaraq HKU5-in ilk dəfə Wuhan Virusologiya İnstitutu ilə əlaqəli bir laboratoriyada aşkarlanmasından narahatdırlar.

Nəşr professor Maykl Letkodan sitat gətirir: "Hələlik insan infeksiyası aşkar edilməsə də, bu qrupun virusları artıq qapının astanasındadır. Onlara ciddi nəzarət edilməlidir".

Oxşar xəbərlər

Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib

Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib

Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı a...

34 Dünya 23:07 10 dekabr 2025

Son xəbərlər