Alyaska Hava Yollarının stüardessaları naməlum qazdan zəhərlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Alyaska Hava Yollarının 4 stüardessası uçuş zamanı naməlum qazdan zəhərlənib və xəstəxanaya aparılıb.
BAKU.WS bu barədə Hawaii News Now-a istinadən xəbər verir.
Fövqəladə hadisə sentyabrın 12-də Kauaidən (Havay adalarından biri) Sietlə uçan sərnişin təyyarəsinin göyərtəsində baş verib . Qəribə qoxu 28-59 yaş arasında olan dörd ekipaj üzvünün zəhərlənməsinə səbəb olub.
Təyyarə Honoluluda məcburi eniş edib və zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Mənbənin sözlərinə görə, stüardessaların vəziyyəti stabildir, lakin onlar ürəkbulanma və koordinasiya çatışmazlığı hiss edirlər.
Oxşar xəbərlər
Zelenskidən İlon Maska sərt mesaj: "Sənin buna haqqın yoxdur"
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı iş adamı İlon Maskın Ukrayna və Avropanın gələcəyi ilə bağlı fikirlərinə etiraz edib. O, Maskın başqa ölkələrin...