Almanlar kütləvi şəkildə müharibəyə hazırlaşır - Konserva, dərman alıb yığırlar
Almaniya sakinləri Avropada genişmiqyaslı hərbi qarşıdurma qorxusu fonunda kütləvi hazırlıq aparırlar.
BAKU.WS xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb.
Nəşr alman sakini Maya Bauerdən sitat gətirib:
"Mən bu ilki tətilimi indidən edirəm, çünki bombaların gələn il düşəcəyini bilmirəm".
Qeyd olunur ki, Avropada genişmiqyaslı müharibənin mücərrəd təhlükəsi əhalinin istehlak vərdişlərinə güclü təsir göstərib.
İnsanlar çətin günlər üçün yataq dəsti, konservlər, ehtiyat akkumulyatorlar, dərmanlar, yaş salfetlər, üç günlük isti paltar və qaz sobası da daxil olmaqla düşərgə ləvazimatlarıalıb yığır.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev Gürcüstanın "Qızıl yun" ordeninə layiq görülüb
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan "Qızıl yun" ordenini təqdim edib. BAKU.WS "Report"...